ABŞ-da, İnqlvuddakı "Sou-Fi" stadionunda “Arsenal” ilə “Barselona” arasında yoxlama oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, görüş London təmsilçisinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeddinci dəqiqədə "Barselona"nın polşalı hücumçusu Robert Levandovski hesabı açıb. 6 dəqiqə sonra Bukayo Saka tarazlığını bərpa edib. Buna 34-cü dəqiqədə Kataloniya klubunun braziliyalı cinah oyunçusu Rafinya vurduğu qolla cavab verib. Almaniya millisinin yarımmüdafiəçisi Kay Havertz 43-cü dəqiqədə yenidən hesabı bərabərləşdirib.
55-ci dəqiqədə belçikalı Leandro Trossard "Arsenal"ı hesabda irəli çıxarıb. 22 dəqiqədən sonra o, artıq dubl edib. "Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Ferran Torres 88-ci dəqiqədə fərqlənib. Tabloda yekun hesabı 89-cu dəqiqədə Fabio Vieyra müəyyənləşdirib - 5:3.
Matçın 22-ci dəqiqəsində Saka penaltini yerinə yetirə bilməyib.