2023-24 mövsümü “Neftçi” üçün start götürüb.
Sportarena.az xəbər verir ki, Bakı klubu ilk rəsmi oyununu bu gün avrokubok çərçivəsində keçirib. “Ağ-qaralar” Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulub. Yeni baş məşqçi Adrian Mutunun debütü Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”a qarşı olub.
Bəzi dəyişikliklərlə yadda qalan “Neftçi” yenilənmiş heyəti ilə ilk görüşünü Sarayevoda keçirib. Bu komandalar arasında cavab matçı avqustun 3-də keçiriləcək.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul
23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan) 2:2
Qol: Haraçiç,12, Kilan Lebon, 42, Yosep Amoa, 45+10, Rəhman Hacıyev, 90+5
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, “Qrbavitsa” stadionu