Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, bununla raundun ilk görüşləri başa çatacaq. Azərbaycan Kubokunu qazanaraq, üçüncü dərəcəli klub turnirində iştirak hüququna yiyələnən “Qəbələ” yeni mövsümdə birinci rəsmi matçına çıxıb. “Qırmızı-qaralar” avrokuboklardakı digər komandalarımızdan fərqli olaraq, əvvəlcə doğma meydanında çıxış edib.
Elmar Baxşıyevin yetirmələri Kipr təmsilçisi “Omoniya”nı qəbul edib. Yay fasiləsində heyəti yenilənən bölgə təmsilçisi cavab qarşılaşması öncəsi uğurlu nəticə əldə etməyə çalışacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
27 iyul
20:00. “Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr) 2:3
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu