Musa Qurbanlı oynadı, komandası məğlub oldu

00:23 28 İyul 2023

Bu gün Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu keçirib.

Sportarena.az xəbər verir ki, Qurbanlının komandası evdə İsveçrənin "Lütsern" klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Musa 63-cü dəqiqədə hesab 1:1 olarkən əvəzlənib. Cavab qarşılaşması avqustun 3-də İsveçrədə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti