Türkiyə klubunun prezidentindən azərbaycanlı hakimə etiraz - VİDEO

11:51 28 İyul 2023

Türkiyənin “Adana Dəmirspor” klubunun prezidenti Mustafa Sancak ötən gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “ÇFR Kluj”a qarşı keçirdikləri matçı idarə edən azərbaycanlı hakim Elçin Məsiyevdən şikayət edib.

Sportarena.az xəbər verir ki, adanlıların rəhbəri 1:1-lik heç-heçəyə imza atdıqları oyundan sonra bu barədə açıqlama verib: 

“Avrokuboklarda asan oyun yoxdur. Kim şanslıdırsa, qalib gələcək. Bu oyunda rəqibin qolu kiməsə dəyib qapıya girdi. Baş hakim isə evlərə şənlik idi. Bütün qərarları rəqibin xeyrinə verirdi. Belə şey olmaz”.  

 


Digər xəbərlər

Xəbər xətti