UEFA “Yuventus”la bağlı şok qərar çıxarıb.
Sportarena.az xəbər verir ki, qitə futbol qurumu İtaliya klubunu avrokuboklardan kənarlaşdırıb.
İtaliya mətbuatının yaydığı məlumata görə, UEFA “qoca sinyora”nın maliyyə pozuntusuna yol verdiyini təsdiqləyib. Buna görə də, komanda bu mövsüm Konfrans Liqasında çıxış edə bilməyəcək. Onu bu turnirdə ötən mövsüm A seriyasında 8-ci yeri tutan “Fiorentina” əvəzləyəcək.
Qeyd edək ki, “Yuventus” ötən mövsüm ölkə çempionatında 7-ci olub.