“Qol vura bilmədiyim üçün məyusam” - Musa Qurbanlı

14:20 28 İyul 2023

İsveçin "Yurqorden" klubunun azərbaycanlı hücumçusu Musa Qurbanlı Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Lütsern"ə (1:2) qarşı keçirdikləri ilk oyunu şərh edib.

Sportarena.az xəbər verir ki, “Futbolskanalen”ə danışan forvard komandasının məğlubiyyəti haqda fikirlərini bildirib:

"Əlbəttə, nəticə o qədər də yaxşı deyil. Bu məyusedicidir. Amma biz təslim olmayacağıq. Bunu dəyişdirməyə çalışacağıq. Ən yaxşı fiziki formaya çatmağım üçün hələ vaxt lazımdır. Komanda indi İsveçdə çempionatında mövsümün ortasındadır və uşaqlar burada artıq 15-dən çox oyun keçiriblər. Əvvəlki komandamla təlim-məşq toplanışında idim, amma ən yaxşı formamı əldə etmək üçün mənə bir az oyun vaxtı lazımdır. Tam olaraq nə qədər? Çox deyil. Fizika baxımından yaxşı duruma gəlməyim üçün bir neçə matç kifayət edəcək. Həm də bu, komandanı daha yaxşı tanımağa kömək edəcək ki, meydanda qarşılıqlı əlaqə daha yaxşı olsun. Bir neçə oyundan sonra hər şey daha yaxşı görünəcək”. 

Musa “Lütsern”lə görüşdə hesab 1:1 olarkən qaçırdığı qol fürsətindən də danışıb: "Həmin epizodda qol vurmadığım üçün çox məyus oldum. Adətən bu vəziyyətdə daha yaxşı performans göstərirəm. Görünür, qismət deyilmiş. Növbəti şansı qazanmaq üçün çox çalışacam”.

O, sonda Stokholm haqda təəssüratlarını da bölüşüb: “Şəhər, insanlar, hər şey çox gözəldir. Azarkeşlərimiz isə möhtəşəmdir. Meydançaya çıxanda həqiqətən güclü atmosfer hiss edirik. Bu bizi motivasiya edir. İndiyə qədər hər şey yaxşıdır". 


Digər xəbərlər

Xəbər xətti