Səudiyyə Ərəbistanının "Əl Əhli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Asiya təmsilçisi "Mançester Siti"dən Riyad Mahrezi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ərəblər 32 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna 30+5 milyon avro təzminat ödəyəcək. Əlcəzairli vinger klubla 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.
Qeyd edək ki, "Mançester Siti" Riyad Mahrezi 2018-ci ilin yayında "Lester Siti"dən transfer etmişdi. Təcrübəli futbolçu "şəhərlilər"in heyətində meydana çıxdığı 236 rəsmi matçda 78 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb.