Bu yaxınlarda “Neftçi”dən ayrılaraq Serbiya klubu “Partizan”la anlaşan Mateus Saldanya Azərbaycan təmsilçisinə vida mesajı yayımlayıb.
Sportarena.az xəbər verir ki, braziliyalı hücumçu bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, “ağ-qaralar”ın düşərgəsini ani tərk etməsinin səbəbini bildirib və azarkeşlərdən onu başa düşmələrini istəyib:
“Bu gün “Neftçi”də yaşanan anlara görə bütün futbolçulara və kollektivə minnətdarlığımı bildirməyə gəlmişəm. Hər vidanın münaqişələri olur. Amma mənim prioritetim ailəm və peşəkar karyeramı yaxşılaşdırmaqdı. İstəyirəm bütün “Neftçi” azarkeşləri başa düşsünlər ki, klub üçün həmişə əlimdən gələni etmişəm. Gözəl mövsüm arzulayıram. Təşəkkürlər!”
Qeyd edək ki, Saldanya “Neftçi”yə bu ilin əvvəlində Yaponiyanın “CEF Yunayted” klubundan icarəyə götürülmüşdü.