Düşənbədə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan, Özbəkistan, Tacikistan və Qazaxıstanın 155 idmançısının qatıldığı yarışda millimizin üzvləri 4 medal qazanıblar.
Məşqçilər Ayaz Baxşıyevlə Zaur Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) gümüş, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) bürünc medala yiyələniblər.
Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.
Qeyd edək ki, boksçularımız Bakıya bu gün qayıdacaqlar.