"Neftçi"dən ayrılan Mateus Saldanyanın yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Serbiyada davam etdirəcək. 23 yaşlı forvard "Partizan"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında imzalanan müqavilənin detalları barədə ictimaiyyətə məlumat verilməyib. Futbolçu Belqrad təmsilçisində 11 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı bu ilin yanvar ayında Yaponiyanın "Ceff Yunayted" klubundan icarəyə götürüb. "Sambaçı" "ağ-qaralar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.