"Gəlin, birlikdə yeni tarix yazaq!" - "Sabah" azarkeşləri stadiona dəvət etdi

23:18 28 İyul 2023

Konfrans Liqasında debüt edən "Sabah" avrokuboklarda ilk ev matçına hazırlaşır.

Sportarena.az xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda Latviyanın RFS klubu ilə qarşılaşacaq "bayquşlar" sosial şəbəkə hesablarında yaydığı videoda azarkeşləri stadiona səsləyib. 

Qeyd edək ki, "Sabah" - RFS matçı avqustun 3-də, saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq. Bu komandalar arasında Latviyada keçirilmiş ilk matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə nəticələnib. 

 


Digər xəbərlər

Xəbər xətti