Kavaninin yeni klubu bilindi

10:35 29 İyul 2023

Edinson Kavani “Valensiya”dan ayrılıb.

Sportarena.az xəbər verir ki, uruqvaylı futbolçu La Liqa klubu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. 36 yaşlı forvard öz İnstaqram hesabında "Valensiya" azarkeşləri ilə vidalaşıb. Kavani karyerasını Argentinanın "Boka Xuniors" klubunda davam etdirəcək. Sözügedən klubun yaxın günlərdə futbolçu ilə müqavilə bağlayacağı gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti