"Barselona" gənc futbolçusu Çadi Riadı icarəyə verib.
Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisini "Betis"ə göndərib. Bu barədə Sevilya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mərakeşli arxa xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında "Betis"də keçirəcək. Klublar arasında imzalanan müqavilədə 2,5 milyon avroluq məcburi satınalma maddəsi var.
Qeyd edək ki, "Barselona" Çadi Riadı 2019-cu ilin yayında "Malyorka" akademiyasından transfer edib. Mərakeş U-21 millisinin üzvü "Barsa"nın B komandasında çıxış edib.