Sloveniyanın Maribor şəhərində 25-28 iyul tarixlərində 17-ci Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan turnirdə 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunub. Cüdoçularımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.
Turnirin ilk günündə oğlanlar arasında 50 kq çəkidə Nihad Məmişov və 55 kq çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər. Qızlar arasında isə 44 kq çəkidə Məryəm Bayramzadə yarışı 7-ci yerdə tamamlayıb.
Yarışın ikinci günündə qızlar arasında 48 kq çəkidə Vüsalə Hacıyeva və 52 kq çəkidə Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarına sahib olublar. Oğlanlar arasında isə 60 kq çəkidə Məhəmməd Musayev və 66 kq çəkidə Cəsur İbadlı yarışda bürünc medal qazanıblar.
Yarışın üçüncü günündə oğlanlar arasında 73 kq çəki dərəcəsində Süleyman Şükürov Festivalın gümüş medalını qazanıb.
Fərdi yarışların sonuncu günündə oğlanlar arasında 90 kq çəkidə Aslan Kotsoyev bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. 90 kq çəkidə Ramazan Əhmədov isə yarışın gümüş medalını qazanıb.
Qeyd edək ki, sabah EYOF-un komanda yarışları keçiriləcək. Komanda yarışlarında Azərbaycan yığması 4 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq.