Üzgüçümüz, 3 qat paralimpiya çempionu Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 100 metr sərbəst üzmə növündə 53.32 saniyə nəticə göstərərək yarışın qızıl medalına sahib çıxıb.
Bu barədə Sportarena.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Qeyd edək ki, Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə gümüş medal qazanaraq Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.