14 qat dünya çempionu, Azərbaycan əsilli Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” dünya qran-prisinin qalibi Əlləzov Banqkokda keçirilən yarışda ermənistanlı Marat Qriqoryana qalib gəlib.
Əlləzov 5 raundluq mübarizənin sonunda hakimlər tərəfindən qalib elan olunub.