"Beşiktaş" "Marsel"in futbolçusunu transfer edir

15:30 5 Avqust 2023

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Marsel"də çıxış edən Ruslan Malinovski ilə danışıqlar aparır. Ukraynalı vingerlə şəxsi şərtlər razılaşdırılıb. Klublar anlaşsa, keçid reallaşacaq.

Ruslan Malinovski ötən ilin yayından "Marsel"də çıxış edir. 30 yaşlı ön xətt oyunçusu Fransa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab görüşü isə bir həftə sonra İstanbulda baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti