"Mançester Siti" dünyanın ən bahalı müdafiəçi transferini etdi - SON DURUM

16:02 5 Avqust 2023

İngiltərənin "Mançester Siti" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportarena.az xəbər verir ki,Premyer Liqa təmsilçisi "Leyptsiq"dən Yoşko Qvardiolu transfer edib. Bu "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

"Mançester Siti"v xorvatiyalı mərkəz müdafiəçisi üçün Almaniya klubuna 90 milyon avro təzminat ödəyib. 21 yaşlı arxa xətt oyunçusu İngiltərə çempionu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzlayıb.

Qeyd edək ki, "Leyptsiq" Yoşko Qvardiolu 2021-ci ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü son mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti