Şahin Diniyev: "Birinci hissədə anlaşma sıfır dərəcəsində idi"

21:28 5 Avqust 2023

“Birinci hissədə anlaşma sıfır dərəcəsində idi. Fasilə ərəfəsində komanda özünə gəldi”.

Sportarena.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın I turunda “Sumqayıt”a evdə 1:4 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Çalışdırıcı görüşün qırılma anı kimi qapılarına vurulan penaltini göstərib: “İkinci hissəyə çox yaxşı başladıq, 10 dəqiqə ərzində xeyli şansımız oldu. Amma yararlana bilmədik. Qırılma anı penalti epizodu oldu. Hesab oyuna görə deyildi. Bu hələ başlanğıcdı, faciə baş verməyib. Uğursuz günümüz idi. Komandanın potensialı var, gələcəkdə uğur qazanacağıq”.

Diniyev növbəti turda heyətdə dəyişiklik olacağını istisna etməyib: “Belə oyundan sonra mütləq dəyişiklik olmalıdı. Buraxdığımız 3 qolda müdafiəni itirmişdik. Komanda irəli atılmışdı. Nəticədə arxa xətdə boşluqlar verdik. Futbolçularımın arxasındayam, məsuliyyəti üzərimə götürürəm. Günahı hansısa futbolçunun üzərinə atmaq istəmirəm. Bu, zəiflik əlaməti olar”. 


Digər xəbərlər

Xəbər xətti