"Barselona"nın yeni transferi İlkay Gündoğan klubu tərk edə bilər.
Sportarena.az xəbər verir ki, buna səbəb klubun onu La Liqada sifariş edə bilməməsidir. Bu barədə "Footmercato" məlumat yayıb.
Bildirilir ki, La Liqa yeni mövsümün başlamasına qədər vəziyyət dəyişməsə, yarımmüdafiəçi Kataloniya nəhəngini tərk edə bilər. "Barsa" ümid edir ki, Usman Dembelenin PSJ-yə satılması bu problemi həll etməyə kömək edə bilər.
İlkay bu yay "Mançester Siti"dən "Barselona"ya keçib. O, azad agent kimi transfer olunub. 32 yaşlı yarımmüdafiəçi iyulda müddəti 2025-ci ilin yayına qədər olan müqaviləyə imza atıb.