“Neftçi”ni udsaq da, böyük bir iş görməmişik" - AÇIQLAMA

20:29 6 Avqust 2023

“Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 1-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

Sportarena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

"Premyer Liqada debütüm idi. "Neftçi" kimi komanda ilə oynayırdıq. "Kəpəz" tarixinə görə "Neftçi"dən geri qalmır. Mənim üçün sınaq idi. Qələbə qazandığımız üçün sevcincliyik. Amma hər şeyə rəğmən daha çox işləməliyik. Çatışmazlıqlar var. Bir neçə transfer etməyi düşünürük. Onları edəndən sonra daha yaxşı olacağıq.

"Kəpəz"in baş məşqçisi olmaq adi bir şey deyil. Sevinirəm ki, burdayam. Hələ böyük iş görməmişik. Bundan sonra 35 oyun var. Çempionat uzun marafondur. Ağrılı, sevincli günlərimiz olacaq. "Neftçi"ni udsaq da, böyük bir iş görməmişik. Dayanmamalıyıq.

Çox futolçu ilə danışırıq. Gəncə böyük şəhər olsa da, bura region kimi baxırlar. Çoxu Bakını istəyir. Maliyyə gücümüz də o qədər çox deyil. Bakıya 5-ə gəlirlərsə, bizdən daha artığını istəyirlər. Bəzilərinin ailəsi bura gəlməyə razılaşmır. Amma çalışırıq ki, yaxın zamanda ən azı üç transfer edək. Hələ ki, heç kimlə razılaşmamışıq.

"Kəpəz"i autsayder hesab edirlər. Bu oyundan sonra bizi sayacaqlar. Amma rəqiblər "Kəpəz"ə həmişə ciddi yanaşıblar. Bu gündən sonra isə daha ciddi hesab edəcəklər. "Neftçi" üç gün əvvəl ağır oyun oynamışdı. Fürsətdən istifadə edib onları məğlub edə bildik. Bundan sonra bizim üçün ağır olacaq”.


Digər xəbərlər

Xəbər xətti