Avropa Liqası: "Qarabağ" HİK-ə qalib gəldi - YENİLƏNİB

22:00 10 Avqust 2023

Bu gün Avropa Liqasında növbəti oyunlar keçirilib.

Sportarena.az xəbər verir ki, öncə  Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” meydana çıxıb. Ağdam təmsilçisi III təsnifat mərhələsinin birinci görüşündə Finlandiya HİK-ini qəbul edib. Çempionlar Liqasında “Rakuv”a məğlub olaraq ikinci dərəcəli turnirə düşən Azərbaycan çempionu HİK səddini keçərsə, minimum Konfrans Liqasının qrupunu təmin edəcək. Bunun üçün əvvəlcə Tofiq Bəhramov adına Respublika stadionunda sərfəli nəticə qazanmaq vacibdi.

“Qarabağ”da müdafiəçilər Marko Veşoviç və Abbas Hüseynov zədə səbəbindən baş məşqçi Qurban Qurbanovun ixtiyarında olmayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 20-də keçiriləcək.

 

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

10 avqust

 

20:00. “Qarabağ” (Azərbaycan) - HİK (Finlandiya) 2:1

Qol: L.Andrade, 55, Juninyo, 85 - Olusanya,77

Baş hakim: Roy Reynsreyber (İsrail)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu 


Digər xəbərlər

Xəbər xətti