Azərbaycanın sərbəst güləşçiləri II MDB Oyunlarında 6 medal qazandı

12:33 10 Avqust 2023

Belarusda keçirilən II MDB Oyunlarında sərbəst güləş üzrə yarış başa çatıb.

Sportarena.az xəbər verir ki, məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xəqan Süleymanovun rəhbərliyi altında yarışda iştirak edən 9 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb.  

Cəbrayıl Qadjiyev (74 kq) ilə Arseniy Djioyev (86 kq) qızıl, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Rəşid Babazadə (65 kq) isə bürünc medal qazanıb.

Beləliklə, sərbəst güləşçilərimiz II MDB Oyunlarında 2 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edib.


Digər xəbərlər

Xəbər xətti