Türkiyənin "Fənərbaxça" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Freddir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Fənərbaxça" "Qalatasaray"ın da transfer etmək istədiyi braziliyalı yarımmüdafiəçi üçün İngiltərə klubuna bonuslarla birlikdə 15 milyon avroluq rəsmi təklif göndərib.
Qeyd edək ki, "Mançester Yunayted" Fredi 2018-ci ilin yayında "Şaxtyor"dan transfer edib. 30 yaşlı orta xətt oyunçusu son mövsümdə Premyer Liqada meydana çıxdığı 35 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.