Ərəb klubu Neymar üçün 200 milyon xərcləyəcək

18:29 10 Avqust 2023

"Əl-Hilal" tezliklə PSJ-nin ulduz futbolçusu Neymarın keçidini həll edəcək.

Sportarena.az xəbər verir ki, bu barədə "Relevo"  məlumat yayıb. Xəbərə görə, ərəblər braziliyalı forvard üçün 200 milyon avro ödəyəcək. Bu məbləğə PSJ-nin təzminatı və Neymarın maaşı da daxildir. 

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”nın heyətində 186 oyunda 105 qol vurub, 76 məhsuldar ötürmə verib. 


Digər xəbərlər

Xəbər xətti