"Çelsi" Adams üçün 20 milyon ödədi

20:00 10 Avqust 2023

"Çelsi" "Lids"in yarımümdafiəçisi Tayler Adamsı transfer edib.

Sportarena.az xəbər verir ki, bu barədə "Sky Sports News" məlumat yayıb. Xəbərə görə, London təmsilçisi Adams üçün 20 milyon funt ödəyəcək. Mənbə qeyd edir ki, 24 yaşlı amerikalı bu gün tibbi yoxlanışdan keçəcək.

Qeyd edək ki, ABŞ millisinin üzvü "Lids"ə 2022-ci ildə "Leyptsiq"dən keçib. O, İPL-də 24 oyunda forma geyinmək şansı qazanıb.  


Digər xəbərlər

Xəbər xətti