"Qarabağ" və "Sabah" Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
Sportarena.az xəbər verir ki, təmsilçilərimiz müvafiq olaraq Avropa Liqası və Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşlərində qələbə qazanaraq buna nail olub.
Masazır təmsilçisi Serbiyanın "Partizan" klubuna 2:0 hesabı qalib gəlib. "Qarabağ" isə Finlandiyanın HİK klubundan (2:1) üstün olub. Təmsilçilərimizin qələbələri Azərbaycanın aktivinə 0,500 xal yazdırıb.
Digər təmsilçimiz "Neftçi" isə "Beşiktaş"a 1:3 hesabı ilə məğlub olub.
Azərbaycan hazırda 16 min 250 xalla 29-cu pillədədir. 28-ci yerdə 16 min 500 xalı olan Slovakiyadır. 30-cu pillədə isə 12 min 125 xalla Moldova qərarlaşıb.