"Çelsi" PSJ-nin yarımmüdafiəçisi ilə maraqlanır

13:28 11 Avqust 2023

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti karyerasının İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportarena.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. Xəbərə görə, İtaliya millisinin üzvünü "Çelsi" heyətinə qatmağı planlaşdırır. Lakin London klubu üçün transfer elə də asan olmayacaq. Belə ki, 30 yaşlı futbolçu "Barselona" və "Bavariya"nın da hədəfindədir. 

Qeyd edək ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edir. O, 262 oyunda meydana çıxıb və 7 qola imza atıb.  


Digər xəbərlər

Xəbər xətti