İngiltərə Premyer Liqası “İdman TV”də

13:51 11 Avqust 2023

İngiltərə Premyer Liqasını 2023-24 mövsümündən yayımlayacaq kanal müəyyənləşib.

Sportarena.az xəbər verir ki, dünyanın bir nömrəli milli çempionatını “İdman TV” təqdim edəcək. Bu barədə “İdman Azərbaycan”ın baş direktoru Rövşən Binnətli sosial şəbəkədə status paylaşıb. O, azarkeşləri bu gün startı veriləcək mövsümə bu kanal vasitəsilə baxa biləcəklərini müjdələyib.

Qeyd edək ki, mövsümün açılış matçı bu gün “Bernli” ilə “Mançester Yunayted” komandaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti