Türkiyə UEFA reytinqində irəlilədi

14:14 11 Avqust 2023

Türkiyə UEFA-nın reytinq cədvəlində irəliləyib.

Sportarena.az xəbər verir ki, uzun illərin fasiləsindən sonra qardaş ölkənin komandası son 5 mövsümün nəticəsinə əsasən ilk 10-luğa düşməyi bacarıb.  

Hazırda Türkiyəni Avropa kuboklarında dörd komanda təmsil edir. Bunlar "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Adana Demirspor"dur. Bu həftə bu dörd komandanın hər biri iştirak etdiyi yarışda qələbə qazanıb. Bunun sayəsində Türkiyənin balı 29,350-ə yüksəlib. Hazırda onlar reytinqdə 10-cu yeri tutur.

Əgər Türkiyə bu mövsümü 10-cu pillədə bitirməyə nail olsa, o halda 2025/26 mövsümü Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak etmək hüququ qazanacaq.

Xatırladaq ki, hazırkı mövsümdə son superliqanın qalibi "Qalatasaray" ÇL-ə ikinci təsnifat mərhələsindən başlayıb.

 


Digər xəbərlər

Xəbər xətti