HİK-in qapıçısı: “Bakıda məğlub olmaq kədərlidir”

14:35 11 Avqust 2023

HİK-in qapıçısı Yesse Öst Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyunu dəyərləndirib.

Sportarena.az xəbər verir ki, 33 yaşlı qolkiper 1:2 hesablı məğlubiyyətə məyusluq keçirdiklərini söyləyib. O, cavab qarşılaşmasında bunun revanşını alacaqlarına inanır: “Bu məğlubiyyət məyusedicidi. Qələbəyə yaxın idik, lakin bu dəfə kifayət etmədi. Bununla belə, cavab matçı üçün yaxşı şansımız var. Bunu evdə həll edə bilərik. Öz meydanımızda daha cəsarətli olmalıyıq. Yerlə oynayıb, topu saxlamağa çalışan kimi şanslar da yaradırıq. Gəlin, Azərbaycan komandasını doğma arenada qaçmağa məcbur edək”.

Qeyd edək ki, avqustun 17-də Helsinkidə keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti