Argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" Şimali və Cənubi Amerika Klublarının Liqa Kubokunda növbəti oyuna çıxıb.
Sportarena.az xəbər verir ki, Mayami təmsilçisi 1/4 finalda "Şarlott" ilə qarşılaşıb 4:0 hesablı qələbə qazanıb. Oyunda 90 dəqiqə meydanda olan Messi 86-cı dəqiqədə komnadasının sonuncu qolunun müəllifi olub.
"İnter Mayami" yarımfinalda "Filadelfiya" ilə qarşılaşacaq. Messi "İnter Mayami" formasıyla çıxdığı ardıcıl 5 oyunda fərqlənib. O, 5 oyuna 8 qol vurub.