İngiltərə Premyer Liqasında 2023-24 mövsümünün startı “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, norveçli forvard “Bernli” ilə görüşdə fərqlənərək buna nail olub. Komandasının 3:0 hesablı qələbəsinə dublla töhfə verən Haland “top-5” liqalarda ümumi qol sayını 100-ə çatdırıb. Gənc forvard “şəhərlilər”in heyətində 36 oyunda 39 qola imza atıb. O, Dortmund “Borussiya”sında 67 matçda 62 dəfə fərqlənib.
Qeyd edək ki, “Mançester Siti” II tur çərçivəsində avqustun 19-da “Nyukasl”ı qəbul edəcək.