"Milan" futbolçusunu icarəyə verdi

15:28 12 Avqust 2023

"Milan" futbolçusu Junior Messiası icarəyə göndərib.

Sportarena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Cenoa"da çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sözləşmə bir mövsümlük nəzərdə tutulub. Ancaq bu müddət başa çatdıqdan sonra "Cenoa" Messiası almaq məcburiyyətindədir. 

Qeyd edək ki, braziliyalı vinger "Milan"ın heyətində 68 oyun keçirib və 12 qola imza atıb.  


Digər xəbərlər

Xəbər xətti