PSJ-nin futbolçusu Neymarın yeni klubu müəyyənləşmək üzrədir.
Sportarena.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Bu barədə "RMC Sport" məlumat yayıb.
"Əl Hilal" klubu Neymarın transferi üçün PSJ ilə 60 milyon avroya razılıq əldə edib. Keçidin qısa zamanda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında "Barselona"dan transfer edib. Braziliya millisinin üzvü Paris təmsilçisinin heyətində meydana çıxdığı 173 rəsmi matçda 118 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.