"Real"ın türk futbolçusu Arda Güler əməliyyat olunub.
Sportarena.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi bu gün Madridddə dizindən uğurlu əməliyyat keçirib. Bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü 2 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, "Real" Arda Güleri mövsümlərarası fasilədə "Fənərbaxça"dan transfer edib.