"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Türkiyə "Beşiktaş"ı İngiltərə "Liverpul"u ilə müqaviləsinin müddəti başa çatan Aleks Oksleyd-Çemberleni heyətinə qatıb.
Sportarena.az xəbər verir ki, "qara qartallar" 30 yaşlı yarımmüdafiəçini azad agent kimi transfer edib. İstanbulda olan ingiltərəli oyunçu tezliklə 2 illik müqaviləyə imza atacaq. Onun yeni komandasındakı məvacibi isə illik 2 milyon avro olacaq.
Çemberlen ötən mövsüm "Liverpul"un heyətində 13 oyuna çıxıb və 1 qol vurub. O, daha əvvəl ölkəsində "Sauthempton" ve "Arsenal"ın da formalarını geyinib.
Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında Bakıda keçirilən ilk oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı isə avqustun 17-də İstanbulda baş tutacaq.