Türkiyə Superliqasında 1-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu gündə daha 2 görüş keçirilib. “Başakşəhər” səfərdə “Alanyaspor”a uduzub - 0:2.
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" mövsümə qələbə ilə başlayıb. Şenol Günəşin komandası səfərdə “Fatih Karagümrük"ə 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, “Neftçi” ilk oyunda “Beşiktaş”a evdə 1:3 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 17-də İstanbulda keçiriləcək.
14 avqust
"Alanyaspor" – "Başakşəhər" - 2:0
Qollar: Novais, 45+4. K.Eduardo, 90+6.
"Fatih Karagümrük" – "Beşiktaş" - 0:1
Qol: J.Fernandes, 85.