“Neftçi” azarkeşlərə müraciət etdi

13:35 15 Avqust 2023

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la Türkiyədə keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib.

Sportarena.az “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də “Beşiktaş” stadionunda təşkil olunacaq görüşdə iştirak etmək istəyən şəxslər klubla əlaqə saxlamalıdırlar.

Onlar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər. Həmin sektora bilet almaq istəyənlər “Neftçi” klubuna müraciət etməlidirlər.

Qeyd edək ki, Bakıda keçirilən ilk matçda İstanbul nəhəngi 3:1 hesablı qələbə qazanıb. 


Digər xəbərlər

Xəbər xətti