Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Sportarena.az xəbəri verir ki, "Qalatasaray" evdə "Olimpiya"nı qəbul edib. Görüş İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Xatırladaq ki, Sloveniyada keçirilən ilk matçda da "Sarı-qırmızılılar" inamlı qələbə qazanmışdı - 0:3.
Beləliklə, iki duelin nəticəsinə əsasən məğlub olan “Olimpiya” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu mərhələdə onların rəqibi “Qarabağ” - HİK cütünün qalibi olacaq. İlk matç avqustun 24-ü səfərdə “Olimpiya”nın meydanında olacaq. Cavab oyunu isə avqustun 31-də keçiriləcək.