Rüfət Dadaşovun komandası xal itirdi

10:58 16 Avqust 2023

Almaniyanın Şimal-Şərq Regional Liqasında üçüncü turun görüşləri baş tutub. 

Sportarena.az xəbər verir ki, milli komandamızın sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" "Moyzelvits"lə üz-üzə gəlib. Berlində keçirilmiş görüş 1:1 hesabı ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Rüfət sona qədər oynayıb. O, sarı vərəqə ilə cəzalandırılıb. 

Hazırda dörd xala malik "Dinamo" 6-cı pillədədir. 

"Dinamo" - "Moyzelvits" - 1:1
Qollar: Eder, 64 - Hansx, 42 


Digər xəbərlər

Xəbər xətti