Azərbaycan II Liqasında komanda sayı artırıldı

11:30 16 Avqust 2023

Futbol üzrə Azərbaycan II Liqasında komanda sayı artırılıb.

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib. Onun sözlərinə görə, qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub və say 12-dən 14-ə çatdırılıb. Hacıyev Daxili İşlər Nazirliyinin "Dinamo" və Qusarın "Şahdağ" kollektivlərinin turnirdə mübarizə aparacaqlarını vurğulayıb.

Qeyd edək ki, II Liqada, həmçinin, "Füzuli", "Göygöl", "Ağdaş", "Sportinq Baku", "Qusar", "Marxal Şəki", "Şəfa Baku", "Cəbrayıl", "Lerik", "Kürmük Qax", "Şəmkir" və "Kür-Araz" komandaları da iştirak edəcəklər. 


Digər xəbərlər

Xəbər xətti