Rusiya Premyer Liqasında yarışan "Axmat" "Sabah"ın baş məşqçisi Murad Musayevə təklif göndərib.
Sportarena.az "Championat.com" saytına istinadən xəbər verir ki, Musayev Premyer Liqa klubunun təklifindən imtina edib.
Xatırladaq ki, "Axmat" dünən baş məşqçi Sergey Taşuyevin istefaya göndərib. Dörd turdan sonra Qroznı klubu üç xalla RPL-də 12-ci yerdədir.