2023/2024-cü illər mövsümündə UEFA Avropa Konfrans Liqasında iştirak edən klublar üçün (“Qəbələ”, “Neftçi” və “Sabah”) UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. "Qəbələ" 450 min, "Sabah" və "Neftçi" isə 100 min avro əldə edib.
“Qəbələ” – 450 000 (dörd yüz əlli min) avro
“Neftçi” – 100 000 (yüz min) avro
“Sabah” – 100 000 (yüz min) avro
Cəmi: 650 000 (altı yüz əlli min) avro.