Güləşçilərimiz 2006-cı ildən bəri ən zəif nəticəni göstərdi

22:16 16 Avqust 2023

İordaniyanın paytaxtı Ammanda keçirilən U-20 dünya çempionatında Azərbaycanın sərbəst güləş üzrə yığması cəmi bir medal qazanıb.

Sportarena.az xəbər verir ki, komandamız 10 çəki dərəcəsində mübarizə aparsa da, zəif çıxışı ilə diqqət çəkib. Yalnız 79 kq-da Ali Tsokayev bürünc medala yiyələnib.

Bu komandamızın 2006-cı ildən bəri göstərdiyi ən zəif nəticədir.

Qadınlardan ibarət komandamızın isə bütün üzvləri məğlub olaraq medalsız qalıb. 


Digər xəbərlər

Xəbər xətti