Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Norviç Siti"dən Milot Raşitsanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş" Raşitsa üçün İngiltərə klubuna 5 milyon 250 min avro təzminat ödəyəcək. 27 yaşlı ön xətt oyunçusu "qara qartallar"la 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Milot Raşitsa son mövsümü icarə əsasında "Qalatasaray"da keçirmişdi. Kosovolu vinger "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.