“Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.
Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlməklə buna nail olub.
Turnirin III təsnifat mərhələsində iki oyunun yekununda Finlandiya HİK-ini keçən (2:1, 2:1) "köhlən atlar" ən azı UEFA Konfrans Liqasının qrupunda olacaq.
Bu da 2014/2015 mövsümündən başlayaraq ardıcıl 9 dəfə qrupda mübarizə aparan Ağdam klubunun 10-cu uğurunu rəsmiləşdirməsi deməkdir.