"Qarabağ"ın "Olimpiya" ilə oyunlarının vaxtı bəlli oldu

13:22 18 Avqust 2023

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi oyunların dəqiq vaxtı bəlli olub.

Sportarena.az xəbər verir ki, avqustun 24-də səfərdə gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti