"Qarabağ" - "Olimpiya" oyununun hakimləri açıqlandı

16:15 18 Avqust 2023

"Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar müəyyənləşib.

Sportarena.az xəbər verir ki, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Alexandro Ernandes olacaq. Ona yan xətt hakimləri Xose Naranyo və Dieqo Sançes Royo kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.

Avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Qeud edək ki, ilk görüş avqustun 24-də gerçəkləşəcək. 


Digər xəbərlər

Xəbər xətti